Reddit istifadəçiləri iki mağazadan oğurluq zamanı silahlı quldurluğun qarşısını necə aldığını göstərən videonu müzakirə edirlər. Bəzi izləyicilər görüntüləri tamamilə saxta adlandırırlar. Digərləri Amerikanın belə “qəhrəmanlara” layiq olduğunu yazır.
ATİA.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın sosial şəbəkələrində bir müddət əvvəl iki mağazadan edilən oğurluq hadisəsinin videosu yayılıb.
Təhlükəsizlik kamerası tərəfindən çəkilən görüntülərdə bir müştərinin satıcı ilə danışdığı, digərinin isə sakitcə rəflərdən əşyaları oğurlayaraq kisəyə yığdığı görünür. Bu zaman əlində silah olan quldur içəri girir. Satıcını hədələyərək kassadakı pulu tələb edir. Bu zaman əvvəlki oğrular və satıcı birlikdə vəziyyətə müdaxilə etmək qərarına gəlirlər. Və öz fərasətləri sayəsində və skeytbordun köməyi ilə silahlı cinayətkarı zərərsizləşdirməyə nail olurlar. Bundan sonra əvvəlki oğrular minnətdarlıq əvəzi kisəyə yığdıqları malları götürərək mağazadan qaçırlar.
Bölməyə aid digər xəbərlər