11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Səkkiz qadınla ailə quran rəssam xoşbəxt ailə həyatının sirrini açıb - FOTO



Səkkiz qadınla ailə quran Tayland əsilli rəssam xoşbəxt ailə həyatının sirrini açıb və evlilik haqqında fikirlərini bölüşüb.
Rəssam və tatu ustası Ong Dam Sorot ilk həyat yoldaşı ilə dostunun toyunda tanış olub. Sonra bazarda cazibədar bir qadın görür və onunla da evlənmək istəyir. Bu məsələni o, birinci arvadı ilə müzakirə edir. Qadın namizədi evə gətirmək və onunla tanış olmaq şərti ilə razılaşıb. Nəticədə tatu ustası ikinci toyunu edir.
Bir müddət sonra kişi xəstəxanada yeni qadınla tanış olur və onu üçüncü həyat yoldaşı edir.

“Üç olan yerdə altı da olar”, - deyə düşünən taylandlı “Facebook”, “TikTok” və “Instagram”da tanış olduğu daha üç qadınla evlənir. Yeddinci arvadı ilə məbəddə, səkkizinci arvadı ilə isə dörd arvadı ilə tətildə olarkən tanış olub, ailə həyatı qurub. Kişinin birinci arvadından bir övladı var, daha iki həyat yoldaşı hamilədir.

Qadınlar hər birində iki nəfər olmaqla dörd otaqda yaşayır. Onların birgə təsdiqlədikləri ərin yataq otağına səfər cədvəli var. Eyni zamanda, döymə ustasının qeyd etdiyi kimi, arvadlardan biri onu tərk etmək istəsə, sakitcə reaksiya verəcəkdir.
“Mən üç dəfə soruşacağam ki, həqiqətən ayrılmaq qərarına gəlibmi? Hər dəfə cavab bəli olarsa, mən onu buraxacağam”, - deyə Sorot izah edib.

Taylandlı qeyd edir ki, çoxları bu qədər xanımı olduğu üçün onun zəngin olduğunu düşünür, amma bu səhv fikirdir. Onun sözlərinə görə, bütün arvadları öz pullarını qazanırlar - onlar əl istehsalı məhsullar və aksesuarlar satırlar.


The Sun


Tarix: 3-02-2022, 07:58 Oxunub: 256


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı