Türkiyədə polis əməliyyat keçirdi - Fahişəliyə görə 3 azərbaycanlı qadın saxlanıldı




Türkiyənin Konya şəhərində fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb.

ATİA.AZ  xəbər verir ki, polisin təşkil etdiyi əməliyyatda azərbaycanlı qadınları fahişəliyə cəlb edən iki nəfər də saxlanılıb.

Polis bu gün səhər saatlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirərək A.C., M.B., R.J., H.T. və A.G.-ni saxlayıb.
Polisin məlumatına görə, A.C. və M.B. Azərbaycan vətəndaşları R.J., H.T. və A.G.-ni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.
Şübhəlilər R.J., H.T. və A.G. polis bölməsindəki prosedurlardan sonra deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.
A.C. və M.B. isə insan alveri, fahişəlik, fahişəlik üçün yer təmin etmə və vasitəçilik maddəsi ilə məhkəməyə çıxarılacaq.


Tarix: 26-01-2022, 07:39 Oxunub: 524


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31