Makron koronavirusa yoluxub

Fransa Prezidenti Emmanuel Makron yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
ATİA.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Fransa Prezidentinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Fransanın dövlət başçısı növbəti 7 gün ərzində özünü təcrid edəcək.
“Prezidentə COVID-19 diaqnozu qoyulub.
 Hamı üçün tətbiq olunan mövcud sanitariya qaydalarına uyğun olaraq, dövlət başçısı 7 gün      ərzində təcrid olacaq. O, çalışmağa davam edəcək və fəaliyyətlərini uzaqdan həyata
   keçirəcək”, - məlumatda bildirilir.


Tarix: 17-12-2020, 22:45 Oxunub: 363


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930