11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb

“Qualcomm” smartfonlar üçün “Quick Charge 5” sürətli şarj cihazı hazırlayıb.
Bu barədə “ArsTechnica” məlumat yayıb.
Yeni cihaz sayəsində bir smartfon batareyası beş dəqiqə ərzində sıfırdan 50 faizədək yüklənə biləcək.
Şirkətin mühəndisləri yeni standartı 4500 milliamper/saat-lıq iki elementli batareyaya sahib cihazlarda da sınaqdan keçiriblər.
“Qualcomm” mütəxəssislərinin sözlərinə görə, 100 vatt doldurulduqda, yük hər iki batareya elementləri arasında bərabər (hər biri təxminən 50 vatt) paylanır.
“Qualcomm” yeni standartın “USB Power Delivery” protokolunu dəstəklədiyini vurğulayıb, yəni bundan yalnız smartfonların deyil, həm də kompüterlərin şarjı üçün istifadə edilə bilər.
Bundan əvvəl bildirilmişdi ki, hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər. Onlar devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər və şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.

Mövzu ilə əlaqədar


Tarix: 29-07-2020, 11:55 Oxunub: 224


Bölməyə aid digər xəbərlər