Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub

Fransanın Blua şəhərində keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi təqdim olunub.

 Tur Universitetinin təşkilatçılığı ilə baş tutan və 16 ölkənin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Blua şəhərinin merinin müavini və yüzlərlə yerli sakin stendi ziyarət edərək, Azərbaycanın milli musiqi alətləri, qədim abidələri, milli geyimləri, mətbəxi ilə yaxından tanış olublar.

İnteraktiv dərnəkdə qonaqlara şəkərbura bəzəmə sənəti nümayiş etdirilib. Dərnəyi Blua şəhərində yaşayan və stendin hazırlanmasında fəal iştirak edən həmyerlimiz Nərminə Məmmədova aparıb.

Tədbir iştirakçıları Azərbaycan kətəsinin dadına da baxıblar.

Tədbir zamanı Azərbaycanın böyük caz pianisti və bəstəkarı Vaqif Mustafazadənin “Düşüncə” əsəri və sevilən “Laçın” xalq mahnısı səsləndirilib.


Tarix: 6-04-2025, 09:23 Oxunub: 1 023


Bölməyə aid digər xəbərlər
10-03-2022, 12:38 Bu gün Milli Teatr Günüdür


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31