20:16 / 21-01-2025
Türkiyədə matəm elan olundu
16:58 / 18-01-2025
Xalqın iradəsi əsasdır
11:07 / 17-01-2025
Yüksək sosial rifah naminə
15:46 / 16-01-2025
Bakıda evdən meyit tapıldı
Trampın andiçməsi: ABŞ tarixində nadir hadisə baş verdi

“Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampı ötən gün baş tutan andiçmə mərasimi haqda qeyd edib.

O bildirib ki, Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Co Baydenin adını çəkmədən onun qərarlarını yıxıb-sürüdü:


“Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-a verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir?

Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarisi siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər”.


Tarix: Вчера, 10:35 Oxunub: 65


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı