Kremldən təyyarə qəzası ilə bağlı daha bir açıqlama: Putin üzr istədi və...

Rusiya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktauda qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu fəlakətin səbəblərini öyrənmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.

O, həmçinin Moskvanın “müvafiq komissiyanın işinin nəticələrini” gözlədiyini bildirib və əlavə edib ki, rusiyalı mütəxəssislər “təhqiqatı dəstəkləyir”.

“Prezident Putinlə prezident Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, qəzanın səbəblərinin müəyyən edilməsi üçün hər cür köməklik və əməkdaşlıq göstərilir. Prezident Putin üzr istədi və təəssüfləndiyini bildirdi”, - Peskov vurğulayıb.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Tural 


Tarix: 9-01-2025, 14:24 Oxunub: 646


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31