14:23 / 27-12-2024
Daha bir tiktoker həbs olundu
“Qara qutu”nun Braziliyaya göndərilməsi ədalətli qərardır” – Tokayev

“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana dili” qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin  “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür.


Tarix: 3-01-2025, 09:31 Oxunub: 132


Bölməyə aid digər xəbərlər