Bu 2 serial baş rollarına görə izlənmə rekordu qırdı

Türkiyədə bir neçə ildir maraqla izlənilən “Teşkilat” ilə eyni gündə “Deha” serialı yayımlanmağa başlayıb.

Ən çox müzakirə edilən bu serialların reytinqi də yaxın olub. Belə ki, “Deha”nın reytinqi 5,49, “Teşkilat”ınkı isə 5,38 olub. İzləyicilərin marağına səbəb olan digər detal isə “Teşkilat”ın əsas qəhrəmanının dəyişdirilməsi olub. Aybüke Pusatla birlikdə baş rolu canlandıran Murat Yıldırım serialdan ayrılıb. Aktyor Tolqa Sarıtaş “Kapitan Altay” obrazı ilə ekran işinə qatılıb.

Qeyd edək ki, Tolqa Sarıtaş daha öncə “Söz” serialında da Aybüke Pusatla baş rolu paylaşıb. “Deha” serialının baş rolunda isə tanınmış aktyor Aras Bulut İynemli yer alıb. Daha öncə bir çox layihələrdə birlikdə yer alan Sarıtaş və İynemlinin bu dəfə rəqib olması izləyicilər tərəfindən maraqla qarşılanıb.


Tarix: 23-09-2024, 16:58 Oxunub: 373


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930