Çempionlar Liqasının yeni dizaynlı topları

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib. Bu barədə qurumun rəsmi saytında fotolar dərc edilib.

Qeyd olunub ki, “Adidas” şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir. Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib. Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir.

Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.

Xatırladaq ki, turnirin əsas mərhələsi sentyabrın 17-də başlayacaq.


Tarix: 29-08-2024, 13:11 Oxunub: 344


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031