"Paris-2024": Azərbaycan 22-ci pilləyə yüksəldi

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib. Bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub.
 
Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.
 
Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.
 
İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.
 
Hələlik 80 ölkə mükafat əldə edə bilib. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Tarix: 8-08-2024, 12:59 Oxunub: 2 188


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31