İndiki dövrdə müstəqil Azərbaycanımızın böyük tarixi nailiyyətlər qazanması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. Dövlət Başçımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla, yaradıcı şəkildə davam etdirərək Azərbaycanın hərtərəfli və davamlı inkişafını milli maraqlara tam uyğun olaraq təmin edir. Ölkəmizin dünyada nüfuz və hörmət qazanmasında Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək intellekti və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyəti və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın social - iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynayır. Ölkəmizin xarici siyasəti beynəlxalq hüquqi normalara uyğun, digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi və milli maraqlarımızın əsas götürülməsi kimi prinsiplər əsasında qurulub. Xarici siyasət aparılarkən Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınır, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətləri inkişaf etdirilir.Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizi beynəlxalq münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa İttifaqı, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlarla əlaqələrini möhkəmləndirir.
Dünyanın qarışıq bir vaxtında böyüklüyündən və kiçikliyindən asılı olmayaraq əksər dünya ölkələri Azərbaycanla bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığa üstünük verir. Belə ölkələrdən biri də Asiyada yerləşən zəngin mədəniyyətə sahib, köklü tarixi olan böyük və güclü Çin Xalq Respublikasıdır. Çinin xarici dövlətlərlə etdiyi iqtisadi anlaşmalar həm dünya iqtisadiyyatına, həm də həmin ölkənin iqtisadiyyatına mühim töhfələr vermişdir. Çinin iqtisadi əməkdaşlıq etdiyi ölkələrdən biri də Azərbaycandır. Azərbaycan - Çin əlaqələri Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyində olduğu vaxtdan mövcüddur. Çin dövləti Azərbaycanla yalnız iqtisadi əlaqələr yox, həm də mədəni əlaqələr də qurur. Məsələn, 7-10 mart 1994 - cü il tarixindəki Ulu Öndər Heydər Əliyevin Çin səfəri zamanı Ulu Öndər qeyri - rəsmi olaraq çinli ailələrlə görüşüb, onların mədəniyyətləri haqqında öyrənmişdir. Müstəqilliyimizi qazandıqdan sonra da Çinlə iqtisadi əlaqələrimiz kəsilməyib, əksinə daha da inkişaf edib. Azərbaycanla Çin “Böyük ipək yolu” layihəsində birgə iştirak edirlər. Azərbaycan regionda həm qərb dövlətləri üçün, həm də şərq dövlətləri üçün mühim rol oynayır.
22 iyul 2023-cü il tarixində “China Global Television Network” televiziya kanalının təşəbbüsü ilə keçirilən müsahibədə Cənab Prezidentimiz Möhtərəm İlham Əliyev ona verilən sualları tutarlı dəlillər əsasında cavablandırdı. Verilən suallar Heydər Əliyevin Çin səfəri, Çin - Azərbaycan dostluğu, Prezidentimizin Si Cinpinlə olan görüşmələri və ən mühümü “Bir kəmər, bir yol” layihəsi haqqında olub. Möhtərəm Prezidentimiz burada “Bir kəmər, bir yol” layihəsinin necə Avropa ilə Orta Asiyanı iqtisadi baxımdan birləşdirdiyini vurğulayıb, həmçinin, yükaşırma qabilliyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılmasına da diqqət çəkib, “Bir kəmər, bir yol” layihəsinin daha da inkişaf etməsi üçün müəyyən işlər görüldüyünü də xüsusilə qeyd edib. Bu işlərə həm də infrastrukturu genişləndirmək, Xəzər dənizinə daha çox liman inşa etmək daxildir. Onu da qeyd etmək lazımdır ki, Transsibir marşrutu ilə 20 gün daşınmaya sərf olunan vaxt Bakı - Tbilisi - Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 günə qədər azalıb.
Daha sonra, Cənab Prezident İlham Əliyev, 44 günlük müharibə vaxtında Çin mediasının dəstəyini dilə gətirib. O qeyd edib ki, Çin mediası qərb mediasının əksinə ikili standartlar tətbiq etməyib və Azərbaycanı dəstəkləyib. Prezident Tayvan məsələsində Çin Xalq Respublikasını və Çinin Vahid Çin olaraq birləşməsini dəstəkləyib. Həmçinin, O vurğulayıb ki, Qarabağ kimi Tayvan da Çinin beynəlxalq hüquq çərçivəsində tanınan torpağıdır.
Son olaraq Azərbaycanda və Çində keçirilən idman oyunlarından danışılıb. Qeyd olunub ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirilib.
Bəli, indi Azərbaycanındostlarının sayı gündən - günə artmaqdadır. Çünki Azərbaycan çox əlverişli coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq - Qərb və Şimal - Cənub nəqliyyat marşrutları üzərində yerləşdiyindən Azərbaycanın dünya ücün vacib və əhəmiyyətli bir dövlət olduğu reallıqdır, həqiqətdir.
Səbinə Xasayeva
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər