ABŞ-da itlər üçün aviareyslər açılacaq

ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb. Aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək.
 
Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq.
 
“Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır.


Tarix: 16-04-2024, 08:51 Oxunub: 93


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?