Qazax rayonu Kəmərli kəndində " Qırmızı Aypara Cəmiyyətinin" təşəbbüsü və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə 2005-ci ildə uşaqlar üçün tikilib istifadəyə verilən "Təhlükəsiz oyun meydançası" bu gün yararsız hala düşüb.
Meydançanın kənardan görünüşü sanki cəhənnəmi xatırladır... Meydançanın içərisinə daxil olarkən "bura doğrudanmı "Təhlükəsiz oyun meydançasıdır?" deyə insan öz-özünə sual verib cavab tapa bilmir...
Uşaqlar üçün salınan bu meydança baxımsızlıqdan məhv olub gedir. İçərisi zibilxanaya çevrilmiş meydançanın istirahət etmək üçün nəzərdə tutulan oturacaqları sınıb, dağılıb, bir sözlə meydançadan əsər əlamət qalmayıb...
Kəmərli kənd icra nümayəndəsi, eləcə də Kəmərli kənd bələdiyyəsi bu biabırçı mənzərəni görmürmü? Görür şübhəsiz... Görüb görməməzliyə vurur!!!
Hazır tikili olan bir meydançanı qorumaq, vaxtı-vaxtında diqqətdə saxlayıb meydançaya qulluq etmək görəsən kənd icra nümayəndəsi, bələdiyyəsi üçün çoxmu çətindir??? Kənardan görünüş odur ki, hər iki qurum öz isti kreslosundan düşüb ətrəfa göz gəzdirmək istəmir!!!
Qırmızı Aypara Cəmiyyətinin Kəmərli kəndində tikib ərsəyə gətirdiyi təhlükəsiz oyun meydançasına biganə qalan Kəmərli kənd icra nümayəndəsi, eləcə də bələdiyyəsi haqqında yəqin ki, aidiyyatı qurumlar bir tədbir görəcəkdir.
ATİA.AZ saytı olaraq biz də inanırıq ki, hal hazırda təhlükə mənbəyi olan Təhlükəsiz oyun meydançası yaxın vaxtlarda öz əvvəlki görünüşünə geri dönəçəkdir...
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər