Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır.

“Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcıl təsvir texnologiyasına sahib ola bilərlər”, - Lox Ness Mərkəzinin marketinq meneceri Eymi Todd bildirib. NASA hələlik bununla bağlı sorğuya cavab verməyib.

Verilən məlumata görə, axtarışlar mayın 30-dan iyunun 2-dək aparılacaq. 2023-cü ildə Almaniya, İspaniya, ABŞ, Finlandiya və Fransa da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın insanın iştirak etdiyi 50 il ərzində ən böyük əjdaha axtarışı aparılıb. Həmin vaxt mütəxəssislər ilk dəfə bir neçə müasir geodeziya alətindən istifadə ediblər. Lakin Lox Ness əjdahasının axtarışları nəticə verməyib.


Tarix: 13-04-2024, 11:04 Oxunub: 230


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930