11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Müstəqilliyimizin tarixi nailiyyəti" - Anar Nəbiyev

     Azərbaycan növbəti dəfə dünyanın diqqətində oldu. Ölkəmiz 100-dən artıq ölkədən beş mindən çox iştirakçını bir araya gətirərək həm texnoloji sahadə qazandığı uğurların təqdimatını etdi, həm də qonaqlar Azərbaycan haqqında dolğun məlumatlar əldə etdilər. 74-cü Beynəlxalq Astronavtika Konqresinin ona ev sahibliyi edən, həmçinin iştirakçı ölkələrə qarşıdakı dövr üçün nələri qazandıracaq hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Dövlət başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi, qonaqların əksəriyyətinin Azərbaycana ilk səfərinin olduğunu nəzərə alsaq bu tədbir onlara ölkəmizi, onun tarixini, mədəniyyətini yaxından tanımaq imkanı qazandırdı.  
      Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır.
  Tədbirdəki çıxışında Azərbaycana göstərilən bu etimad üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərini də diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq  Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək.
   Hələ Sovetlər birliyi dövründə  Konqres Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda keçirilmişdir. Uzun illərdən sonra - 2023-cü ildə Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir. 1973-cü ildə Azərbaycanın Konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. 50 ildən sonra belə mötəbər tədbirin müstəqil Azərbaycanda keçirilməsi keçilən zəngin yolun təqdimatında öz sözünü deyir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və 3 peyki ilə öz fəaliyyətini davam etdirir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara söykənərək tədbirin yüksək səviyyədə keçiriləcəyinə öncədən əminliyini ifadə etmişdir.
   Azərbaycan dövləti bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə ikinci dəfə təşkilinə böyük önəm verdi və Konqresə hazırlıq işləri yüksək səviyyədə həyata keçirildi.  Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan başqa, dövlət başçısı tədbirlə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam da imzaladı. Həmin sənədə əsasən, bu mötəbər tədbirlə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bildilər.
Konqres Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində əldə olunan mühüm nailiyyətlərin təqdimatı oldu. Belə ki, ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır.  Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
     Uğurlarımız, eyni zamanda, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsinə də aydınlıq gətirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkənin dayanıqlı inkişafını təmin edən əsas faktorlardan biridir. Cənab İlham Əliyev Konqresdəki çıxışında bu məqama diqqət yönəldərək bildirdi ki, Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib: “Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.”
     Bu reallıq da inkaredilməzdir ki, hazırda enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xəttini görərik. Təşəbbüskarı olduğumuz və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.
   Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu və bu gün reallıqda öz əksini tapan “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı hər bir ölkənin inkişafında, tərəqqisində təhsilin, elmin, yeni texnologiyaların rolunu açıqlayır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 6-10-2023, 14:56 Oxunub: 278


Bölməyə aid digər xəbərlər