Kitabsevərlər Müstəqillik Günü ilə əlaqədar videokliplərini kitabxanaya təqdim etdi

      Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına Telman Abbasov adına 225 №-li tam orta məktəbin kitabsevər şagirdləri çəkdiyi videoklipi təqdim etdilər. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bununla əlaqədar, videoklipdə məktəblilər doğma Vətənimiz olan müstəqil Azərbaycanın bayram əhval-ruhiyyəsini tərənnüm edirlər. Burada məktəblilərin idman yarışlarında və bayramlarda çıxışları nümayiş olunur. Çəkilişlər Qobustan Milli Tarixi-Bədii Qoruğunda, 8 Noyabr Abidəsinin və Qız qalasının önündə, Dənizkənarı Milli Parkda və s. yerlərdə edilmişdir.

      Videoklip Ayaz Babayevin “Azərbaycan” mahnısı ilə müşaiət olunur və kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/shorts/ux4Jpwj2VXA

tezadlar.az


Tarix: 29-05-2025, 17:18 Oxunub: 612


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930