Vyetnamın hakim Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi ölkə prezidenti Vo Van Txıonqun istefasını təsdiqləyib. Bu məlumatı VNExpress xəbər portalı yayıb.
Xəbərdə deyilir ki, partiyanın mərkəzi komitəsi prezident Vo Van Txıonqun şəxsi xahişi ilə vəzifəsindən azad edilməsini təsdiqləyib. 54 yaşlı siyasətçi Vyetnam prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, 13-cü çağırış Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və sədr postlarını tərk edəcək. Yaxın vaxtlarda Vyetnam parlamenti Vyetnam Sosialist Respublikası prezidentinin istefası ilə bağlı məsələlərin həlli üçün növbədənkənar sessiya keçirəcək.
Qeyd edək ki, Vo Van Txıonq 52 yaşında prezidentliyə seçilərək Vyetnam tarixinin ən gənc prezidenti olmuşdu.
Bölməyə aid digər xəbərlər