Bu gün Çanaqqala Zəfərinin 109-cu ildönümüdür

     Bu gün qardaş Türkiyə Çanaqqala zəfərinin 109-cu ildönümünü qeyd edir. Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.
      Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı.
      1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub.
Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.


Tarix: 18-03-2024, 12:41 Oxunub: 214


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031