16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Sabirabadda itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı

    Sabirabadda itkin düşən gəncin meyiti Kür çayının sahilində tapılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.
Bildirilib ki, avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü Rafət Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub. Onun Kür çayı qırağında heyvanları otarmaq üçün getdiyi, lakin geri qayıtmadığı bildirilib. Çayın kənarında ona məxsus paltarlar aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.


Tarix: 9-08-2023, 12:54 Oxunub: 734


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031