11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
" Müzəffər Ali Baş komandanımızın mesajları ermənilərə ciddi xəbərdarlıqdır" - Polad Ağakişiyev

     Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik   olan qədim Şuşa şəhəri Vətən müharibəsində möhtəşəm qələbədən az sonra çoxsaylı yerli və beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərinin, informasiya - kommunikasiya sahəsində nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin bir araya toplandığı bir məkana çevrilib. İndi qədim Şuşadan böyük əminliklə, qətiyyətlə Azərbaycan həqiqətləri, bölgədəki mövcud reallıqlar bütün   dünyayaya çatdırılır.
     Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə zamani  biz bir daha bunun şahidi olduq. Prezidentimiz  müsahibəsində   bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının sığınacağına və üçüncü tərəflərin regionda vəziyyətə  təsirlərinə və digər mühüm məsələlərə aydınıq gətirdi.
      Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olunduğunu qeyd edən Dövlət Başçımız bildirdi ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir.
     Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı. Ölkəmiz  bir çox amillərə baxmadan müharibədə qalib gəldi: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? –Bu sual hələ də Açıq qalır.
    Prezidentimiz Ermənistandakı ermənilərə önəmli mesaj da göndərdi: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq.” 
     Prezidentimiz həmçinin bildirdi ki, Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. 
    Ermənilər   44  günlükmüharibənin dərslərini unutmamalı, sözü il əməli bir olan, “Nəyi,  necə,  nə vaxt etmək lazımdır,  bunu mən bilirəm”  deyən Müzəffər Ali Baş Komandanımızın mesajlarından ciddi nəticə çıxarmalıdırlar.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 5-08-2023, 12:53 Oxunub: 221


Bölməyə aid digər xəbərlər