Burada hər an bədbəxt hadisə ola bilər....

  Ağstafa rayonu,  Dağkəsəmən kəndində olan  transformator mühafizə zolağı ilə əhatələnməyib. 
Bu isə o deməkdir ki, transfarmator hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Həmçinin sözügedən transformatorun  yaxınlığında yaşayış evlərinin olması daha da təhlükəlidir.
Gün ərzində transformatorun yanından keçməyə məcbur olan sakinlər həyəcan təbili çalır.
Elektrik paylayıcısına nəinki toxunmaq, hətta yağışlı havada yaxınlığından keçmək də ölümlə nəticələnə bilər.
İllərdi baxımsız və hər an ölüm saçan bu  transformatorlara baxan yoxdur! Allah eləməsin sabah hər hansı bir xəta baş verərsə, cavabdehlik, məsuliyyət kimin üzərində olacaq?

İnanırıq ki, aidiyyatı qurumlar bu məsələyə biganə qalmayacaq və tezliklə tədbir görəcəklər.


Elnur Quliyev,
ictimai fəal


Tarix: 19-07-2023, 10:16 Oxunub: 443


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930