YAP Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova açdı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin şərəfli və mənalı həyatından, onun misilsiz xidmətlərindən, əsası Dahi Rəhbərimiz tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışdı.
Tədbirdə Daş Salahlı 2 saylı tam orta məktəbin müəllimi Aliyə Yusifova, şəhid Fidat Məmmədovun bacısı şairə Hicran Məmmədova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı danışdılar.
Sonda şagirdlər Ulu Öndərin müdrik kəlamlarını səsləndirdilər, Ümummilli Liderə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.
Bölməyə aid digər xəbərlər