ABŞERONDA ŞƏHİD AİLƏLƏRİ ÜFUNƏTDƏ YAŞAYIR

    Abşeron rayonu, Məmmədli kəndində şəhid ailələri, Qarabağ qaziləri və Çernobıl əlilləri üçün inşa edilmiş kompleksin ətrafı baxımsızlıqdan bərbad vəziyyətdədir. Üfunətdən ərazidə yaşamaq mümkün deyil.

    Şəmistan Əlizadə şikayətində belə deyir. Onun sözlərinə görə, kanalizasiya sularının axıdıldığı ərazidə acınacaqlı vəziyyət yaranıb:

     “Bura Bakıdır. Bura şəhid ailələrinin, Qarabağ qazilərinin ailələri və Çernobıl əlilləri üçün təhvil verilmiş olan Məmmədli elektrik stansiyasının yaxınlığındakı yeni salınmış yaşayış kompleksidir. Bu azmış kimi, fərdi yaşayış evlərinin şambolarının təmizlənməsi işi ilə məşğul olan işbazlar da bütün kanalizasiya çirkab sularını bura axıdır. Hələ istilər düşməyib, üfunət iyi, ağcaqanad baş alıb gedir…”

AZƏRBAYCANREALLIĞI.COM  


Tarix: 19-05-2023, 13:58 Oxunub: 274


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930