11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Qarabağdakı qanunsuz silahlıların sayı 10 minə yaxındır” – Hazırlaşıblar!

   "Təxribatların olacağı gözlənilən idi. Çünki separatçı rejim iddialarından və ambisiyasından əl çəkmir. Çəkəcəkləri də gözlənilmir. Onların ciddi havadarları var".
    Bu sözləri hərbi jurnalist Səxavət Məmmədov deyib. S.Məmmədovun fikirlərinə görə, Azərbaycan cəmiyyətində elə bir fikir formalaşıb ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri hazırlıqsızdır. Lakin yanlış yanaşmadır: "Həmin silahlıların ümumi sayı 10 minə yaxındır. Bu isə bir diviziya edir. Faktiki olaraq onlar formalaşıb. Demək, onlar təxribata, atəşkəsi pozmağa hazırdılar. Azərbaycan ordusu tamamilə həmin ərazini mühasirədə saxlayır, ancaq qarşıda dayanan əlisilahlıdır.
Hazırda sülhdən söz gedir. Sülh barədə danışılsa da, ortada heç nə yoxdur. Bir şeyi anlamaq lazımdır; daimi atəşkəs anlayışı yoxdur. Ola da bilməz".
   Hərbi jurnalist bildirib ki,  təkcə Qarabağda deyil- regionda da ciddi proseslər gedir: "Regionda marağı olan dövlətlər var. Həmin güclər regionda maraqlarını təmin etmək üçün əlindən gələni edəcək. Rusiya regiondan çıxmaq istəmir. Avropa İttifaqı isə şimal qonşumuzu ərazidən çıxarmaq niyyətindədir. Rusiya dirəniş göstərəcək. Gərginlik artan xətlə gedəcək. Əgər siyasi dialoq başlamasa, gərginlik daha da artacaq. Lokal toqquşmaların olması da mümkün görünür. Azərbaycan ordusu bütün bunlara hazır olmalıdır".
  Qeyd edək ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. 


Tarix: 10-03-2023, 08:42 Oxunub: 123


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı