5 yaşlı uşaq sistem köçürüləndən sonra dünyasını dəyişib - VİDEO

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.
Şəki şəhəri Sarabski 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib.
5 yaşlı qızı ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, azyaşlı 40.3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq ona təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, reanimasion tədbirlərin icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.
Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.


Tarix: 23-01-2023, 10:51 Oxunub: 962


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31