Hava ilə bağlı XƏBƏRDARLIQ - Gəncə, Naxçıvan...

"Dumanlı hava şəraiti həftəsonunadək davam edəcək".

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a məlumat verib.

O bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur: "Soyuq yer səthi üzərində nisbətən isti hava kütlələrinin üfüqi istiqamətdə hərəkət etməsi isti havanın tərkibində olan su buxarının soyuq səthə toxunaraq kondensasiya olunmasına səbəb olur. Bu da yerüstü təbəqədə dumanın əmələ gəlməsinə şərait yaradır. Dumanlı hava şəraiti ilə əlaqədar Naxçıvan, Şərur, Naftalan, Şəmkir, Ağdam, Tovuz, Qəbələ, Şəki, Balakən, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Hacıqabul, Biləsuvar, Cəfərxan, Lənkəran və Lerikdə görünüş məsafəsi 300-800 metr, Gəncədə isə 50 metrədək məhdudlaşıb”.

G.Məmmədovanın sözlərinə görə, dumanlı hava şəraitinin bəzi rayonlarda həftəsonunadək fasilələrlə davam edəcəyi gözlənilir.


Tarix: 27-12-2022, 11:58 Oxunub: 273


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31