“Tələbənin kəsrə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır”- SİYAVUŞ NOVRUZOV

   “Axşam təhsili olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər. Tələblər üçün kampuslar yoxdur. Tələbələr məcbur olub kirayədə qalırlar. Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır” - bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
    “Əvvəllər müəllim pul alıb qiymət yazırdı. İndi kəsrə görə pul verilir, dərsdə oturur. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını istəyəndə ona cavab verilmir. Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsrə pul ödəməli olur. Digər tərəfdən, tələbə təqaüdləri artırılmalıdır və minimum yaşayış həddinə çatdırılmalıdır”, deyə  o bildirib.


Tarix: 6-11-2022, 09:47 Oxunub: 317


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31