11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
QAZAXDA NARKOMANİYAYA QARŞI MÜBARİZƏ VƏ DÜZGÜN İDARƏÇİLİK VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRIR...

   Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
    Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. 
    Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.     
   Qazax rayonunda  bu sahədə  çox ciddi  mübarizə aparılır.  Qazax rayon polis şöbəsinin rəisi Sənan Əsədov cənablarının  narkomaniya ilə mübarizə  sahəsində  fəaliyyəti  Qazax ictimayəti tərəfindən  böyük rəğbətlə qarşılanır.
  Tək  narkomaniya ilə mübarizə sahəsində yox,  bütün  sahələrdəki fəaliyyəti  polislə  vətəndaş  münasibətlərinin düzgün qurulmasına  xidmət edir.   Bu da vətəndaşın  öz polisinə  inamını,  sevgisini artırır.  
    Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən  2022 ci il ərzində 58 fakt üzrə 3 kiloqram 742 qram müxtəlif növ  narkotik vasitələr dövriyyədən çıxarılmışdır. 
Ötən illə müqayisədə 35 fakt  çox olmaqla, bu il 1 kiloqram 500 qramdan çox narkotik vasitə  dövriyyədən çıxarılmışdır. 

Bu  statistika   onu göstərir ki,  Qazax rayon polis şöbəsinin rəisi  Sənan Əsədovun  fəaliyyəti dövründə Narkomaniya və narkotacirlərə qarşı  ciddi mübarizə  öz  nəticəsini verir.  
  Bu cür vicdanlı  idarəçilik  Dövlətə və  Xalqa  olan sevgidən  qaynaqlanır. 

  Biz də  Qazax ictimaiyyəti  adından   Qazax polis şöbəsibin  rəisi,  hörmətli Sənan Əsəvova öz minnətdarlığımızı  bildiririk  və gələcək  işlərində  uğurlar arzulayırıq.

Orxan Səfərli, ATİA.AZ


Tarix: 31-10-2022, 21:55 Oxunub: 526


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı