Markektlərdə müxtəlif şirkətlərə məxsus, müxtəlif növ çörəklər satılır. Bəzi çörək istehsalı ilə məşğul olan şirkətlər isə çörəyin çəkisində müştəriləri aldadırlar. Belə ki, çörəyin qablaşdırılmasında göstərilən çəki ilə faktiki çəkisi düz gəlmir. Əməkdaşımız məsələni araşdırıb.
Bəzi çörək zavodları vətəndaşları aldadır. Çörəyin faktiki çəkisi etiketdə göstərilənlə eyni deyil.
Vəziyyətin necə olduğunu görmək və göstərmək üçün marketlərə üz tutduq.
Vətəndaşlar dəfələrlə bu halla rasltaşdıqlarını və bu vəziyyətdən narazı olduqlarını dilə gətirdilər.
Məsələ ilə bağlı çörək zavodları ilə əlaqə saxlamaq istəsək də suallarımıza cavab verən tapılmadı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirildi ki, çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə vətəndaşlardan xeyli müraciət daxil olub. Araşdırma nəticəsində bəzi istehsalçıların istehlakçını çəkidə aldatdığı müəyyən edilib.
Qeyd edək ki, istehlakçıların aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
Xəzər xəbər-in süjetini təqdim edirik:
Bölməyə aid digər xəbərlər