Azərbaycanda özünü “Günəşli İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verən Firutan Məmmədov torpaq satmaq adı ilə 44 günlük Vətən müharibəsi qazisinin, eləcə də fiziki qüsurlu şəxsin pullarını mənimsəyib. AzTimes.az-a müraciət edən Vətən müharibəsi qazisinin həyat yoldaşı Şölə Qasımova Firutan Məmmədovdan ev tikmək üçün 2 sot torpaq aldıqlarını deyib.Onun sözlərinə görə, şirkət həmin torpaqda ev tikiləcəyini bildirsə də, uzun müddətdir ki, heç bir tikinti işi aparılmır:”2 sot torpaq üçün ona 9000-dən çox pul ödəsəm də, hələ də heç bir tikinti işi aparılmayıb. Dəfələrlə Firutan Məmmədovdan pulumu geri qaytarmasını istəmişəm. Aldadılmağımla bağlı polisə və hüquq mühafizə orqanlarına müraciət etmişəm. Sentyabrın 15-də məhkəməmiz oldu. F. Məmmədov məhkəməyə gəlmədi.Mənə səsli məsaj göndədərək məhkəməyə gəlməyəcəyini və pulu geri qaytrarmaycağını bildirərək məni təhqir də edib. Firutan Məmmədov dildə özünü hərbçilərin, qazilərin və şəhid ailələrin dostu kimi göstərir. Hətta mənim həyat yoldaşımın şəklini ofisinə vuraraq və sosial şəbəkələrdə paylaşaraq özünü reklam edirdi. Lakin pulumu tələb edəndə həyat yoldaşımı və məni təhqir etdi, hətta onun şəkilini cırdı.Oktyabrın 3-də növbəti məhkəmə iclası keçiriləcək. Həyat yoldaşım Aprel döyüşlərinin də iştirakçısıdır. Hazırda 3 övladımla kirayədə yaşayıram. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə həyat yoldaşım medalla təltif olunub. Səlahiyyətli qurumlardan mənə kömək etmələrini, Firutan Məmmədovun cəzalandırılmasını xahiş edirəm. Bu adam nə qanunları, nə də məhkəməni sayır. Firutan Məmmədovun qurbanı tək biz deyilik. Bizim kimi, onlarla insanı belə aldadıb. Sonradan bilmişik ki, bizə ev tikəcəyini söylədiyi torpağı bir neçə nəfərə də satıb.Min zəhmətlə ev üçün yığdığımız pulu ondan almağımızda Ali Baş Komandandan cənab İlham Əliyevdən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan bizə kömək etmələrini xahiş edirəm”.İkinci şikayətçi Sevil Xəlilova söyləyib ki, sosial şəbəkədə “Günəşli İnşaat” tikinti şirkətinin elanını görərək onlara zəng edib:”Əraziyə gəlib torpaqla tanış oldum. İlkin ödəniş kimi 6500 manat pul ödədim. Mənə söylədilər ki, 7 aya ev tikib bizə təhvil verəcəklər. Razılaşdırdığımız ödənişi hər ay etmişəm. Bu günə kimi 10700 manat ödəmişəm. Bir ilə yaxın vaxt keçsə də, hələ də heç bir tikinti işi aparılayıb. Həyat yoldaşım II qrup əlildir. Firutan Məmmədova verdiyimiz 10700 manat yoldaşımın fəhləlik edib yığdığı və bizə edilən yardım puludur. Hazırda 3 azyaşlı övladım və fiziki qüsurlu həyat yoldaşımla kirayədə yaşayıram. Firutan Məmmədovdan hər dəfə pulumu geri istəyəndə məni təhqir edib, söyür. Sonradan eşitdim ki, mənim torpağımı, bizdən başqa, daha bir neçə nəfərə satıb. Hazırda Firutan Məmmədov “at oynadaraq” insanları aldadıb, pullarını mənimsəyir. Müvafiq orqanlardan bu şəxsin cəzalandırılmasını və pulumun geri qaytarılmasını xahiş edirəm”.
Bölməyə aid digər xəbərlər