Sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR: Oktyabrın 1-dən etibarən...



Yeni qaydalara əsasən sürücülərin məsuliyyətə görə ödədiyi sığorta haqqı onların daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirililəcək. Yəni, məsuliyyətli və məsuliyyətsiz sürücülər bir-birindən fərqlənəcək.
Baza sığorta haqqı dəyişdirilməyəcək, 50 manat olaraq qalacaq. Lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq ediləcək.
Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Bu səbəbdən Bakı şəhərinə, Sumqayıt və Abşerona yüksək əmsal tətbiq ediləcək. Digər bölgələrdə sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər.
Bununla yanaşı köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunacaq.


Tarix: 4-08-2022, 09:08 Oxunub: 139


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930