Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqları və pensiyalar yenidən arta bilər



"2022-ci ilin dövlət büdcəsi tərtib olunub və proqnozlaşdırılarkən neftin bir barrelinin qiyməti 50 ABŞ dolları həcmində müəyyənləşib. Hazırda neftin qiyməti 128 dolları keçib. Bu vəziyyət bizim iqtisadiyyatımız üçün şox önəmlidir".
 
Bu sözləri  yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
O əlavə edib ki, proqnozdan artıq büdcəyə vəsait daxil olursa, büdcənin xərc hissəsinin artırılması həyata keçirilir:
"Gəlirlərimiz artırsa, ilk növbədə bu sosial xərclərə yönəlir. Azərbaycanda həssas sosial sfera var. Bura müharibə veteranları, təqaüdçülər və bu kimi kateqoriyadan olan insanlar daxildir.
Bütövlükdə sosial xərclər dedikdə isə əməkhaqları, səhiyyə xərcləri və digərləri nəzərdə tutulur".

ARB24


Tarix: 9-06-2022, 10:04 Oxunub: 220


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031