"Rəisim" mahnısına rəisdən reaksiya - Video

  Azərbaycanda sevgilisi olan polis rəislərindən bəhs edən mahnı klipi çəkilib. Ötən gün sosial şəbəkələrdə yerləşdirilən klip maraqla qarşılanıb. Gənc müğənni Mujgan Ayxan tərəfindən ifa edilən "Rəisim" adlı mahnının sözlərində də sevgilisi olan rəislər vəsf olunub. 

  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Demokrat.az-a açıqlamasında istənilən təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib:
"Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasıdır. Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insan razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”.


yenipress.az 


Tarix: 17-05-2022, 17:03 Oxunub: 557


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031