Əhaliyə ŞAD XƏBƏR: Maska cəriməsi silinə bilər - Bu tarixdən



"Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".
 
ATİA.AZ  xəbər verir ki, bu sözləri  "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.
O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: "Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli, bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geri alır.
Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.
Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".
 
ARB24


Tarix: 25-04-2022, 13:42 Oxunub: 351


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930