Azərbaycan bu ölkələrlə dördtərəfli bəyannamə imzaladı



Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan "Trans-Xəzər Şərq-Qərb dəhlizi" barədə dördtərəfli bəyannamə imzalayıb.

ATİA.AZ  xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını möhkəmləndirir.

Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmir yolunun vacib rolu qeyd olunur və həmin dəmir yolunun buraxılış gücünü artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi vurğulanır.
Sənəddə həm də bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktura investisiyaların vacibliyi qeyd olunur.


Tarix: 31-03-2022, 18:20 Oxunub: 147


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031