11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Uşaqlar hansı müavinətləri alır? - ŞƏRH

"Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2,5% ətrafında dəyişir. Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxındır. Azərbaycanda isə bu göstərici 0,4%-dir” - bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

Ağayev son rəsmi statistik məlumatlara istinadən deyib ki, Azərbaycan dövləti bir ildə uşaqların sosial müdafiəsilə ilə bağlı 337 milyon manat xərcləyib. O vəsaitin hansı istiqamətlərdə xərcləndiyini də açıqlayıb: "Ünvanlı sosial yardımların 54%-ə qədəri uşaqlara çatır - təxminən 135 milyon manat. 18 yaşadək əlilliyi olan uşaqlara 123 milyon manat aylıq müavinət, ailə başçısını itirməyə görə 45 milyon manat aylıq müavinət, uşağın anadan olmasına görə 16 milyon manat birdəfəlik müavinət, bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına 12 milyon manat müavinət, 5-dən çox uşağa görə ailələrə 6 milyon manat aylıq müavinət verilir”.

R.Ağayevin fikrincə, Azərbaycan hökuməti hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalıdır: "Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır. Hər bir bölgə üzrə xərclənən vəsaitlər, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır. Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir”.

Vasif Cəfərov


Tarix: 2-01-2022, 16:45 Oxunub: 316


Bölməyə aid digər xəbərlər