Qazax Paylayıcı Elektik Şəbəkəsində dərəbəylikdir
Şəbəkəyə Vasif İmamverdiyevdən sonra bu yaxınlarda onun yerinə təyinat alan Bəhruz Tağızadənin “tağı“ deyəsən çox uzundur. Elə ilk gündən məsuliyyətli işə məsuliyyətsiz yanaşan şəbəkə rəisinin öz qanunları var imiş. Rayonda işıqların tez-tez sönməsi, vətəndaşların ərizə və şikayətlərinə baxımsızlıq, süründürməçilik rəisin işini mükəmməl bilməməsi ilə gündəmdədir. Yeyib-içmək həvəskarı olan rəisin, deyilənə görə dünən yediyi bu gün yadından çıxır. O, tabeçiliyində olan işçilərlə də kobud davranmağı özünə üsul seçib. Bu da ışçilər arasında haqlı narazılıqlara səbəb olur.
Rəis Bəhruz Tağızadənin bu sahədə təcrübəsi kifayət qədər olmasa da, cibinə xeyir gətirən işlərdə daha fəaldır. Görünür, adamının gücü onu bu sahəyə asanlıqla rəis gətizdirə bilib. Neçə illərdi Qazaxın şəbəkə sisteminə əziyyət çəkilib bu günə çatdırıldığı halda, rəis bu gedişlə onu tezliklə sıfıra endirəcək, nəticədə dinc əhali arasında çoxlu narazılıqlar yaranacaqdır.
İşə baxın ki, Prezident İlham Əliyev sahibkarlara və sahibkarlığa qiymət verərək, hətta orada vergi və digər adda yoxlamaları dayandırdığı bir zamanda Bəhruz Tağızadə sahibkarların işinə maneə yaradır. Məsələn, Qazax şəhər Nərimanov qəsəbəsində sahibkarlıqla məşğul olan bir nəfər qadının elektrik sayağacının işləmədiyi üçün Bəhruz Tağızadənin üstünə ünvanladığı ərizəsinə bir neçə aydır ki, baxılmır. Aldığımız məlumata görə, rəisə yaxın olan, onun əhatəsində dövrə vurub yalan danışan bəzi şəbəkə işçiləri də yerini isitməmiş rəisin yerinə göz dikiblər. Məhz ona görə də, yalançı informasiyalarla Bəhruz Tağızadəni aldadaraq, “çox şeyərə bənd olma!” ifadəsi ilə onu tezliklə bildiyi işin dalınca göndərməyə çalışırlar.
Bundan əlavə, rəis Bəhruz Tağızadənin son günlər şəbəkədə neqativ işlərlə də məşğul olması, həddən artıq oğurluq enerji sərfiyyatına yol verdiyi söylənlir. Bu da təbii ki, rəisin qaz vurub, qazan doldurmasına əməlli şərait yaradır.
Mözuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İlham Hacalı
Bölməyə aid digər xəbərlər