“O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər”

“Əlbəttə, İcra Hakimiyyətləri ləğv edilsə yaxşı olar. Onların yerinə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi idarəetmədə yeni addımdır. Ümid edirəm ki, bu özünü doğruldacaq. Onsuz da icra başçılarından hamı narazıdır”  -   bunu,  tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov ölkədə fəaliyyət göstərməyən çoxlu mənasız qurumların olduğunu bildirib:
 
“Ölkədə o qədər mənasız qurumlar var ki, heç biri də fəaliyyət göstərmir. Bələdiyyə, “JEK”, İcra Hakimiyyəti, nə bilim daha hansı qurumlar... Bütün bunları bir qurumun əlində cəmləşdirmək olmazmı?! Hamısı rüşvətxorluqla məşğuldurlar. İcra başçılarından hamı narazıdır. Bunları rayonlara təyin edirlər ki, xalqa xidmət etsinlər, amma özlərinə var-dövlət yığmaqla məşğul olurlar. Amma bundan sonra belə olmayacaq, hüquq-mühafizə orqanlarımız onların fəaliyyətlərini nəzarətdə saxlayır. 
 
Dəfələrlə demişəm ki, o məmurlar özlərini kiçik padşahlar kimi aparırlar. Onlardan sıravi vətəndaş da, şəhid ailələri də narazıdır. Ona görə papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Ya bu xalqa xidmət etsinlər, ya da desinlər ki, qardaş, bu iş bizlik deyil. Nə qədər bunların fəaliyyətini tənqid etmək olar?! Düşmən üzərində 44 günə zəfər çaldıq. Bu da Ali Baş Komandanın, Müzəffər Ordumuzun və xalqımızın hesabına oldu. Yumruq kimi birləşdik. Bizim xalq gözəl xalqdır, mən xalqımı çox istəyirəm. Onları incitmək olmaz”. 


Tarix: 4-12-2021, 23:06 Oxunub: 190


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930