11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Telefon alarkən diqqətli olun! Bəzi işbazlar yeni fırıldağa əl atıb


Azərbaycanda dələduzluğun yeni metodu ortaya çıxıb. Bu dəfə mobil telefonların IMEI kodları hədəf alınır. İnsanlara saxta yollarla qeydiyyata alınmış telefonlar satılır. Bunun da ciddi təhlükələri var. Kibertəhlükəsizlik üzrə ekspertlə bu məsələyə aydınlıq gətirmişik.
Əslində dünyada yeni deyil, illərdir var, amma bizdə son zamanlar geniş vüsət almağa başlayıb. Söhbət IMEI kod vasitəsilə mobil telefonların saxtalaşdırılmasından gedir. Bəs, bu, necə baş verir?
Kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas prosesin “klonlaşdırılma” yolu ilə həyata keçirildiyini deyir.
Ekspert hesab edir ki, IMEI kodu saxtalaşdırılmış mobil cihazlar saxta hesab olunur və bu cihazlarla bağlı istifadəçilər üçün real təhlükələr mövcuddur.
Ölkəmizdə hazırda surəti köçürülmüş mobil cihazların bağlanması gündəmdə olmasa da, bu cür telefon istifadəçiləri digər təhlükələrdən sığortalanmayıblar. Beynəlxalq təcrübə göstərir ki, IMEI kodun saxtalaşdırılması yolu ilə insanlara istifadəyə yararsız, həmçinin borc və cinayət predmeti olmuş mobil telefonlar satılır. Bütün bunlara baxmayaraq, saxtakarlıq edən şəxsi yalnız bir məsələ maraqlandırır…
Qeyd edək ki, IMEI kodun qeydiyyatı adətən rəsmi dövlət qurumları tərəfindən aparılır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının reallaşması üçün cihazın kimlik kartı hesab edilir. Azərbaycanda mobil cihazların qeydiyyatını və yoxlanışını imei.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirmək mümkündür.


Tarix: 4-12-2021, 10:07 Oxunub: 323


Bölməyə aid digər xəbərlər