Texniki-Humanitar Liseydə 50 manat verməyən şagirdlər dərsə buraxılmır...

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. 
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 
Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. 
Pulun hansı məqsədlə yığıldığı bilinmir. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, - deyə idarədən qeyd edilib. 
İlhamə Əbülfət


Tarix: 7-10-2021, 10:24 Oxunub: 488


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31