İbtidai sinif müəllimlərinin vakant yerlərə əlavə yerləşdirmələrinə başlanılıb - Diqqət!

Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə əvvəlki turlarda tutulmayan və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmələrə başlanılıb.

Əlavə yerləşdirmə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlərin imtahan nəticəsi və elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yeri nəzərə alınmaqla həyata keçiriləcək.

İbtidai sinif üzrə müsabiqədə iştirak etmiş namizədlərlə şəxsi səhifələrində qeyd etdikləri nömrələr vasitəsi ilə əlaqə yaradılacağı üçün nömrəni aktiv saxlamaq tövsiyə olunur.
 


Tarix: 21-09-2021, 16:22 Oxunub: 323


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930