Azərbaycanda partiya sədri həbsxanada vəfat etdi

Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov vəfat edib.
Məlumata görə, partiya sədri həbsxanada dünyasını dəyişib.
Qeyd: Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İş üzrə iki nəfər zərərçəkən olub. Onlar - İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğludur. Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub. İ.Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb.


Tarix: 18-08-2021, 15:36 Oxunub: 246


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930