Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”

Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.
Millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda danımasına qarşı çıxırlar.
“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.
Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.
Aqşin Kərimov


Tarix: 8-06-2021, 12:33 Oxunub: 1 861


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031