BNA-da böyük ÖZBAŞINALIQLAR...
Bakı NƏQLİYYAT Agentliyi ilə bağlı hər gün mediada yazılar dərc olunur.
Söhbət NƏQLİYYAT-dan gedəndə ilk ağıla gələn “Ziya və onun qoçuları” olur.
Deməli, “teplovoz sürən” Ziya Məmmədovu Azərbaycan Dəmir Yoluna rəis təyin edəndən bir müddət sonra bəlli olur ki,
Ziya Məmmədov Rəsul Quliyevin sifarişi ilə yüzlərlə kilometr və yüz tonlarla dəmir yolu relslərini məhv edərək xaricə metallom kimi satıblar.
Nəqliyyatımızla bağlı bu bir müdhiş fakt.
Sonra “teplovoz sürən” Ziya oldu “baron” Ziya Məmmədov. Və onu təyin etdilər Azərbaycan Nəqliyyat naziri.
O gün nəqliyyatımızın başına yekə bir daş “düşdü”.
Bu gün ictimai nəqliyyatdakı vəziyyəti görəndə geri qalmış Asiya ölkələri yada düşür.
Bəli, Ziya Məmmədov və qoçuları nəqliyyatımızı elə günə qoydular ki, “misli-bərabəri” yoxdur.
Təkcə Ziya Məmmədov Nəqliyyatın İntellektual İdarəetməsi üçün dövlət büdcəsindən ayrılan milyonları mənimsəyib.
Nəhayət nəqliyyatda Ziya erası bitdi.
Düşündülər ki, müstəqil, amma Nazirlər Kabineti nəznində Bakı Nəqliyyat Agentliyi yaradaq və başına da Vüsal Kərimlini, ona müavin isə Elçin Mustafayevi qoyaq.
Guya Allah qoymasa bununla Ziyanın və qoçularının yaratdığı problemlər aradan qalxacaq.
Düzdür, qalxmağa qalxdı, amma BNA-nın gətridiyi avtobusların qiyməti qalxdı.
Təsəvvür edirsiniz, bir avtobusun qiyməti - 325.800 azn.
Bakı Nəqliyyat Agentliyi BMC şirkətinə 300 avtobus üçün 142 milyon manat ödəməli oldu.
Bu işlərə isə BNA-nın “qara kassası” Elçin Mustafayev baxır ?
İndi ikinci bir problemə nəzər salaq.
BNA-da böyük ÖZBAŞINALIQLAR...
Ötən il Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. Çox gözəl.
Tenderin qalibi kim olsa yaxşıdır ?
BNA-nın rəis müavini Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti qalib olub.
Dövlət büdcəsindən bu işlər üçün 2 milyon pul ayrılıb. Ancaq pul mənimsənilib.
Təsəvvür edirsiniz bu işləri icra edən və bu günədək 100 min manatını ala bilməyən şəxs nə deyir:
Məni işə dəvət edəndə dedilər ki, piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərini görəcəyik və hər kvadrat metr işə görə 60 manat zəhmət haqqı alacağıq. Bakıda pandusların altına qoyulmalı betonu, armaturu, dəmir toru “yeyiblər”.
Tikinti normalarına görə pandusların altına beton qatı tökülməli, armaturlar toxunmalı, dəmir torlar qoyulmalı idi. Amma biz işə başlayanda dedilər plitələri elə torpağın üstündəncə yerə düzün. Bu gün kim gedib həmin plitələrdən birini qaldırsa, görəcək ki, plitələrin altında nə beton var, nə də betonun içində dəmir tor.
Əlavə şərhə ehtiyac varmı..?
Qoca Ziya Məmmədov və onun kaftar qoçuları ilə gənc kadro Vüsal Kərimli və onun “beton yeyən” müavini Elçin Mustafayevin nə fərqi var?
gündəlik bakı
Bölməyə aid digər xəbərlər