Ata Abdullayevin yeni FOTOLARI yayıldı...

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin yeni görüntüləri yayılıb.
Sosial mediada yayılan fotolardan görünür ki, A.Abdullayev azadlıqda gününü heç də pis keçirməyib. O, mütəmadi olaraq paytaxt Bakının barlarında əylənib, bahalı restoranlarda qonaqlıqlar verib, eyş-işrət məclisləri qurub. Əlində sulu qəlyan, ətrafında xanımlar olan A.Abdullayev poz verərək özünü lap cənnətdəki kimi hiss edib. Necə deyərlər, yaxşı yaşamağın dadını çıxarıb.

Xatırladaq ki,  Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub. Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Tarix: 21-03-2021, 09:42 Oxunub: 1 141


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031