16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Qazaxda kütləvi dava - Qanunsuz pul yığan şəxs və atası...

Mart ayının 3-də Qazax Ragon Polis Şöbəsinə (RPŞ) Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinlər Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava-dalaş nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub.
Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirilib.
Qeyd edilib ki, RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatı alınıb.
İlkin araşdırmalar nəticəsində dava-dalaşa səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu Fərdi Firmasında” mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nətcəsində yaranan mübahisə olub.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.


Tarix: 4-03-2021, 12:17 Oxunub: 1 467


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031