“Azəravtoyol” işçiyə məzuniyyət vermədiyi üçün CƏRİMƏLƏNDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərkibindəki "8№-Li Xüsusi Təyinatlı Yol İstismarı" MMC barədə inzibati protokol tərtib edilib.
 
 ATİA.AZ Modern.az-a istinsdən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) maddəsi ilə tərtib etdiyi protokola Sabunçu Rayon Məhkəməsində baxılacaq.
 
Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
 
Qeyd dək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.


Tarix: 20-02-2021, 23:15 Oxunub: 776


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı