Əli Həsənov yazdığı statusla özünü və ölkəmizi rüsvay etdi - FOTOFAKT

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov "Facebook"dakı son paylaşımı ilə diqqəti yenidən üzərində cəmləməyi bacarıb. 
 Əli Həsənov 2017-ci ildə Xocalı faciəsi ilə bağlı qələmə aldığı kitabı yenidən təqdim edib.
Maraqlısı odur ki, o, təqdimata bu sözləri yazıb:
"Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə nəşr etdirdiyim səkkiz xarici dildə tərtib olunmuş "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı kitabı təkrar diqqətinizə təqdim edirəm”
Uzun illər dövlətin ideoloji işinin başında dayananlardan biri olaraq Əli Həsənovun belə bir ciddi yanlışlığa yol verməsi sadəcə, təəssüf doğurur. 
Hətta biliyi orta qiymətləndirilən məktəbli də bilir ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Əli Həsənova hesab dərsi keçməyə vaxtımız olmasa da, buna məcbururq. Əli müəllim yazır ki, 2017-ci ildə Xocalı soyqırımı haqda yazdığı kitabı faciənin 31-ci ildönümü ərəfəsində yenidən təqdim edir. İndi isə gəlin hesablayaq: Kitabın təqdimatının edildiyi 2021-ci ildən hadisənin baş verdiyi 1992-ci ili çıxaq. Cavab Əli Həsənovun iddia etdiyi kimi 31 yox, 29 edir.
Bəlkə də bunun üzərindən sükutla keçmək olardı, əgər bu fikirləri sıradan bir müəllif qələmə alsaydı, mövzuya heç toxunmamaq da olardı. Amma bu şəxs uzun illər Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi işləyib, dövlətin ideoloji işinə rəhbərlik edib. Bu halda onun etdiyi bağışlanmaz səhvdir, üzərindən sakitcə keçiləcək məsələ deyil.
 

44 günlük Vətən Müharibəsi günlərində oğlu ABŞ-a, özü isə Birləşmiş Ərəb Əmirliyinə qaçan bir şəxsin müharibədən sonra ortaya çıxaraq 2017-ci ildə yazdığı və xeyirindən çox ziyanı olan fikirlərlə yenidən özü haqda "vətənpərvər” obrazı yaratmaq istəməsi təəssüf doğurur.

 
Təəssüflər olsun, Əli Həsənov. 
Orxan


Tarix: 17-02-2021, 15:52 Oxunub: 330


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı